İŞİD-in çeçen lideri öldü

İŞİD terror qruplaşmasında partlayıcı qurğuların istehsalına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş verən partlayış nəticəsində ölüb.

 

APA TV-nin məlumatına görə, bu barədə "Rudaw" telekanalı məlumat yayıb. 

 

“İŞİD-in tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, ötən gün İŞİD-in daha bir çeçen əsilli lideri Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib.

 

Müəllif | Apa.Tv