Üç bacını ildırım vurdu
Tacikistan paytaxtında dəhşətli hadisə baş verib.
APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, Düşənbədə ildırım çaxması üç bacının ölümünə səbəb olub.
"28, 23 və 17 yaşlı bacılar xəstəxanada keçiniblər" - deyə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, ildırım onları küçədə gəzərkən vurub.