Saymon Kleq: "İlk Avropa Oyunlarının açılış mərasiminə bütün biletlər satılıb"

İyunun 12-də başlayacaq Birinci Avropa Oyunlarının açılış mərasiminə bütün biletlər satılıb.

 

APA TV-nin xəbərinə görə, Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi tamaşaçılarla dolu stadionda baş tutacaq.

 

Onun sözlərinə görə, bu inanılmaz nailiyyətdir və İlk Avropa Oyunlarının rəsmi açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacaq. "30 ay ərzində biz xəyalı reallığa çevirdik və son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli əlavəni tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq" - deyə Saymen Kleq bildirib. 

 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi İlk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması üçün biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı tələblərinin pozulmaması üçün Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir.

 

Bakı 2015 rəsmi veb-saytı Azərbaycanın idman tarixinin ən böyük gecəsinə bilet əldə edə bilməyənlər üçün mərasiminin hər anını və səhnəarxası görüntülərini qeydə alacaq. Açılış mərasimi Baku2015.com səhifəsində canlı yayımlanacaq. Bakı vaxtı ilə saat 21:00-dan başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək.

 

Açılış mərasimi üçün işçi rejimdə Azərbaycanın paytaxtındakı canlı bloq, tvitlər və möhtəşəm binaların şəkilləri yer alacaq. Mərasim zamanı xüsusi səhnəarxası görüntülər nümayiş etdiriləcək və tədbirin başa çatmasından dəqiqələr sonra tamaşanın 10 dəqiqəlik icmalı yerləşdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv