Avropa Oyunlarının açılış günündə Bakıda 32 dərəcə isti olacaq

İyunun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gündüz mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

 

Çimərliklərdə dəniz suyunun temperaturu Sumqayıt, Novxanıda 21-22, Zuğulba, Buzovna 22-23, Türkan və Hövsan 23-24 dərəcə isti olacaq.

 

İlkin proqnoza əsasən, yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, temperatur rejimində ciddi dəyişiklik gözlənilmir.

 

Temperatur gündüz saatlarında 27-32 dərəcə isti olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz arabir güclənəcək.

 

Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Temperatur Aran rayonlarında gündüz saatlarında 30-35 dərəcə, dağlıq rayonlarında isə 21-26 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv