Avropa Oyunlarının tamaşaçıları Bakı metrosundan pulsuz istifadə edəcəklər

“Bakı Metropoliteni” QSC-də I Avropa Oyunları ilə bağlı yeni qərar qəbul edilib.

 

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin “APA-Economics”ə verdiyi məlumata görə, Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

 

Qeyd edək ki, bundan əvvəlki qərara əsasən sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

Müəllif | Apa.Tv
Apa.tv