Ərdoğan Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də Bakıya səfər edəcək.

 

APA TV-nin Anadolu Agentliyinə istinadən xəbərinə görə, iki gün davam edəcək səfərdə məqsəd Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməkdir.

 

Bildirilir ki, R.T.Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevlə yanaşı, mərasimə qatılacaq bəzi ölkələrin dövlət və hökumət başçıları ilə də görüşəcək.

 

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Bakıda Vladimir Putinin Ərdoğanla görüşəcəyini bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv