Polşada gizli danışıqların lent yazısının açıqlanması böhrana səbəb olub

Polşada yüksək vəzifəli dövlət xadimləri arasında danışıqların gizli yolla əldə edilmiş səs yazısı yayıldıqdan sonra üç nazir vəzifəsindən istefa verib. Bunlar səhiyyə, idman və turizm, eləcə də dövlət əmlakı nazirləridir. İstefalarla bağlı məlumatı mətbuat konfransında baş nazir Eva Kopaç açıqlayıb.

 

"Son iki gündə ictimaiyyətin diqqəti qanunsuz dinləmələr məsələsinə yönəlib. Onu deyə bilərik ki, bir ildən çoxdur davam edən təhqiqatın uzanması istintaq materiallarının sızması ilə nəticələndi"

 

Nazirlərlə yanaşı, üç nazir müavini, baş nazirin müşavirləri qrupunun rəhbəri, o cümlədən, Seymin marşalı, sabiq xarici işlər naziri Radoslav Sikorski də tutduğu vəzifədən istefa verib.

 

Qeyd edək ki, siyasətçilərin iş adamları ilə danışıqları 2013-cü ilin iyulunda Varşava restoranlarından birində yazılıb. Səs yazılarının yayılması hakim "Vətəndaş platforması" partiyasının nüfuzuna ciddi zərbə vurub. 

Müəllif | Apa.Tv
Apa.tv