Bosniya müsəlmanlarının keçmiş komandiri İsveçrədə tutuldu

İsveçrə polisi Bern aeroportunda 1992-1995-ci illərdə Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində döyüşən müsəlman silahlılarının keçmiş komandiri Naser Oriçi yaxalayıb.

 

APA TV-nin "Vesti.az"a istinadən xəbərinə görə, o, Serbiyanın sorğusu əsasında saxlanılıb.

 

Naser Oriç döyüşlər zamanı serb əhaliyə qarşı hərbi cinayətlər törətməkdə ittiham edilir. Saxlanılan şəxs 2006-cı ildə Haaqada Beynəlxalq Məhkəməsi tərəfindən əsir düşən serb hərbçilərinin qətlində təqsirləndirilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Lakin Oriç 3 il istintaq altında qaldığına görə dərhal azadlığa buraxılıb. 2008-ci ildə isə apellyasiya məhkəməsinin qərarı ilə o, bəraət alıb.

Müəllif | Apa.Tv
Apa.tv