CHP Azərbaycanda birinci oldu
Türkiyədə seçkilərin qalibi olan AKP ölkədən kənarda seçicilərin yarısının səsini qazanıb.
APA TV-nin xəbərinə görə, 20 faizlik səslə HDP ikinci olub. Üçüncü yeri isə 17 faizlə CHP qazanıb.
AKP Avropa və Amerikada səslərin yarıdan çoxunu alıb. Hakim partiyanın ən çox səs aldığı ölkələr sırasında Fransa, Avstriya, Belçika və Hollandiya var. Bölgənin digər ölkələrində isə AKP-nin səsi 40 faizin üzərində dayanır. Avropa ölkələrində ikinci partiya 17 faizlə HDP olub.
CHP isə Bolqarıstan, Çexiya, İspaniya, Macarıstan və İrlandiyada digər partiyalardan çox səsə sahib olub. MHP Avropada yalnız Albaniyada birinci partiya ola bilib.
ABŞ-da birinci partiya 44 faiz səs alan CHP-dir. HDP 24 faizlə ikinci olub. AKP bu ölkədə 16 faiz səs toplaya bilib.
CHP Küveyt, Oman və Qatarda səslərin yarıdan çoxunu qazanıb. Səudiyyə Ərəbistanı, Sudan, İordaniya, Əlcəzair və Livanda isə AKP qalib olub. Bu partiya İranda da səslərin çoxunu qazanıb.
Türkiyənin birinci partiyası Avstraliya, Şimali Kipr, Özbəkistan və Türkmənistanda da səslərin böyük hissəsini qazanıb. Çin, Cənubi Afrika, Rusiya, Qazaxıstan və Yeni Zelandiyada CHP seçkinin birincisi olub.
HDP Yaponiya və Tailandda ən çox səs alan partiya olub.
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları da seçkilərə qatılıb. Ölkəmizdə ən çox səs alan partiya CHP olub.