Qarabağda erməni hərbçi intihar edib

Dağlıq Qarabağda erməni əsgərin ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.


APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağ sakini, 20 yaşlı Edqar Melkonyan odlu silahdan özünə atəş açıb.

 

Nəticədə o, boğaz nahiyyəsindən güllə yarası alıb.

 

Edqar Melkonyan yaxın vaxtlarda hərbi xidməti başa vurmalı imiş.  

 

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin baş hərbi istintaq idarəsi tərəfindən cinayət işi açılıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv