Azərbaycan millisinin bayrağını İrəvanda Avropa çempionu olan Elmar Qasımov daşıyacaq

Avropa Oyunlarında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib. Bakı-2015 İlk Avropa Oyunlarında üçrəngli bayrağımızı cüdo üzrə dünya çempionatının gümüş medalçısı, Avropa çempionu Elmar Qasımov daşıyacaq.

 

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, sabah Avropa  idman tarixinin yeni səhifəsi yazılacaq: "Bu gün yeni mərasimin təməl daşını qoyuruq. Qərara gəlmişik ki, Azərbaycanın bayrağı məhz burda bayraqdara təqdim olunacaq”.

 

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra  Azərbaycan bayrağı Elmar Qasımova təqdim olunub.

 

Elmar Qasımovun anası Şəfiqə Qasımova deyib ki, ən qorxduğu an oğlunun Ermənistandakı çıxışı olub.

 

Cüdoçumuz rəmzi buradan Atletlər Kəndinə aparıb.

 

Qeyd edək ki, mundialın finalında güləşən təcrübəli Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionu titulunu qazanıb. O, həmçinin “World Masters”, Qran-pri və digər turnirlərdə də qalib adına layiq görülüb. London Olimpiadasının iştirakçısı olan Qasımovum aktivində qitə çempionatının gümüş və bürünc medalları da var.

 

Müəllif | Apa.Tv
Apa.tv