Avstriyalı idmançılar Bakıda qəzaya düşdü - RƏSMİ AÇIQLAMA
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakıda idmançıların yol qəzasına düşməsi faktı ilə bağlı məlumat yayıb.
APA-nın Bakı 2015 Avropa Oyunlarının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib. Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir. "Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək", - deyə məlumatda bildirilir.