Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda I Avropa Oyunlarının açılışı mərasimi keçiriləcək.

 

Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən APA TV-yə verilən məlumata görə, açılış mərasimi ilə əlaqədar paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

 

Beləliklə, sabah saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar aşağıdakılardır:

 

- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;

 

- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək.

Müəllif | Apa.Tv
Apa.tv