Azərbaycan əhalisinin sayı açıqlanıb - STATİSTİKA
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4 faiz artaraq bu il may ayının 1-i vəziyyətinə 9 mln. 627,9 min nəfərə çatıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub.
Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir.
Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 faiz təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi qızlardır. Bu ilin 4 ayı ərzində ölkədə 19,1 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,5-dən 6,1 faizə qədər azalıb.