"Atletiko Madrid"in futbolçularından İlk Avropa Oyunlarına dəstək
Bakıda ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi qitənin güclü futbol klublarının və oyunçularının da diqqətindədir.
APA TV-nin məlumatına görə, İspaniyanın "Atletiko Madrid" komandasının bir neçə ulduz futbolçusu - Fernando Torres, Arda Turan, Tyaqo Mendes, Yan Oblak, Antuan Qrizman və baş məşqçi Dieqo Simyonenin bu yarışlara dəstək məqsədilə videomüraciətləri yayılıb.
Onlar I Avropa Oyunlarını tarixi hadisə adlandırıb və bütün avropalıları bu möhtəşəm anları Bakıda - iştirakçılarla və qonaqlarla bir yerdə yaşamağa dəvət ediblər.