Məşəl Qız Qalasına yola salındı

Ölkənin 60 regionunun dolaşan "Bakı 2015"in məşəli paytaxtdakı səyahətinin sonuncu günündə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisinə gətirilib.

 

APA TV-nin xəbərinə görə, məşəli Komitəyə Bakı-2015 Birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq gətirib.

 

Saymon Kleq: "Məşəlin bizim üçün böyük əhəmiyyəti var. Məşəl bizim üçün son dövrlərdə gördüyümüz işin təcəssümüdür. Biz bu məşəl sayəsində hər birimizin bura qoyduğu əməyi, hissləri, duyğuları və xalqın coşğusunu məşəl vasitəsilə əks etdiririk".

 

Qeyd edək ki, məşəl bir azdan Qız Qalasına, oradan isə Milli Parka aparılacaq. APA TV-nin çəkiliş qrupu məşəl estafetini izləməkdə davam edir.

Müəllif | Apa.Tv
Almaz Qasımova