Bakıda “Mercedes” və “Volkswagen” toqquşdu: yaralı var
Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə Azadlıq və Nigar Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı “Mercedes” və “Volkswagen” markalı avtomobillər toqquşub.
“Volkswagen”in sürücüsü Əliyev Rəşad Akif oğlunun APA TV-yə verdiyi məlumata görə, qəza hələlik kimliyi məlum olmayan “Mercedes”in sürücüsünün günahı üzündən olub. O, yolun əks istiqamətinə çıxaraq hərəkət etməyə çalışıb. Qəza zamanı “Mercedes”in sürücüsü müxtəlif bədən xəsarətləri alıb. O təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.