Moskva polisi 40-dək etnik cinayətkar dəstə zərərsizləşdirib
Moskvada polis iyunun 4-dən 10-dək 39 etnik cinayətkar dəstəni zərərsizləşdirib. APA TV-nin məlumatına görə, bu barədə Rusiya DİN-nin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Andrey Qaliakperov bildirib.
Əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstələrin 227 fəal üzvü saxlanılıb, onlardan 65 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Keçirilmiş 446 baxış zamanı 3,5 kq narkotik vasitələr, 63 ədəd odlu silah aşkarlanaraq götürülüb. Bir həftə ərzində etnik cinayətkar qruplar tərəfindən törədilmiş 3 qətl, 16 soyğunçuluq, 25 qarət, 7 mənzil və 14 avtomobil oğurluğu daxil olmaqla 215 cinayətin üstü açılıb.
Moskva polisi etnik əlamətli mütəşəkkil cinayətkar dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.