I Avropa Oyunlarının məşəlinin Bakı estafeti başa çatdı
I Avropa Oyunlarının məşəlinin Bakı səyahəti başa çatıb. APA TV-nin məlumatına görə, məşəl əvvəlcədən müəyyən olunmuş marşrut üzə Qız Qalasına gətirilib. Burada məşəli keçmiş futbolçu Çingiz İsmayılov daşıyıb.
O, məşəli UNİCEF-in səfiri, ispaniyalı basketbolçu Xose Manuel Kalderona ötürüb. Daha sonra məşəl Bakı Dənizkənarı Bulvarında Azərbaycanın 2013-cü ildə "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədova otürülüb.
Bundan sonra məşəl "Sadko" limanına aparılıb və "Bakı-2015" I Avropa Oyunlarının məşəl daşıyanı Nigar Vəliyevaya ötürülüb. Bununla da məşəlin Bakı estafeti başa çatıb. Qeyd edək ki, bu gün məşəl açılış mərasimi üçün Bakı Olimpiya Stadionuna gətiriləcək.