Saakaşviliyə Odessa "sürprizi": 2 partlayış baş verib

Ukraynanın Odessa şəhərində ard-arda iki partlayış törədilib. APA TV-nin Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, partlayıcı qurğular şəhərin mərkəzində quraşdırılıb. Şəhər sakinlərinin dediyinə görə, ilk partlayış ikincisinə nisbətən daha güclü olub. Partlayış səsləri bütün şəhərdə eşidilib. İnsan itkisi yoxdur, bir neçə bina xəsarət görüb. Əraziyə dərhal əlaqədar qurumların əməkdaşları gəlib. Xatırladaq ki, Odessada son belə hadisə mayın 13-də baş verib. 

Müəllif | Apa.Tv
Apa.tv