ABŞ-la Çin arasında hərbi əməkdaşlıq sazişi imzalanacaq
ABŞ və Çin hərbi əməkdaşlığı genişləndirmək və bu sahədə birbaşa əlaqələr qurmaq barədə razılığa gəliblər. APA TV-nin "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Vaşinqtonda Birləşmiş Ştatların müdafiə naziri Eşton Karterlə Çinin Mərkəzi Hərbi Şurasının sədri Fan Çanlun arasında keçirilən görüşdə əldə olunub. Pentaqondan bildirilib ki, iyunun 12-də Çin generalı və Amerika ordusunun qərargah rəisi Reymond Odierno iki ölkənin quru qoşunlarının "qarşılıqlı mexanizm dialoqu barədə" saziş imzalanacaq. "Bu sadəcə çərçivə sazişi olacaq. Biz hər iki ölkənin hərbi komandanlığı arasında bəzi problemlərin, o cümlədən təbii fəlakətdən əziyyət çəkən bölgələrə humanitar yardımın birgə göstərilməsi baxımından əməkdaşlığımızı genişləndirmək qərarına gəldik" - deyə, ABŞ Müdafiə Nazirliyindən bildirilib.