Aktyor Ceyhun Mirzəyevin həyat yoldaşı vəfat edib

Azərbaycanın tanınmış aktyoru və rejissoru Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva  dünyasını dəyişib.

 

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Lidiya Mirzəyeva ilə vida mərasimi bu gün saat 13:00-da Hüseyn Cavid prospektində yerləşən mənzilində keçiriləcək.

 

Qeyd edək ki, Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.

 

Lidiya Mirzəyeva baş ədliyyə müşaviri olub.

Müəllif | Apa.Tv
Apa.tv