BMT baş katibi I Avropa Oyunları münasibətilə Azərbaycan xalqını təbrik edib

BMT baş katibi Pan Gi Mun bu gün Bakıda start götürən I Avropa Oyunlarının iştirakçılarını salamlayıb.

 

APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, baş katib Azərbaycan dövlətini və xalqını təbrik edib.

 

Pan Gi Mun yarışların yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə edib. O, İlk Avropa Oyunlarının beynəlxalq miqyasda da sülhə və əməkdaşlığa xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv