Sabahın hava proqnozu: yağış, şimşək, dolu...
İyunun 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq.
Sabah bölgələrdə bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.