Prezidentlər Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Bakıya gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəliblər.

 

APA TV-nin xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə prezidentini və xanımını Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon, Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Elvud, Monako Knyazlığının şahzadəsi II Albert və  Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz  də I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

 

Azәrbaycan prezidenti İlham Әliyev Birinci Avropa Oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün ölkәmizә sәfәrә gәlәn Monteneqro prezidenti Filip Vuyanoviçlә görüşüb. Görüşdә ölkәlәrimiz arasında әmәkdaşlığın yüksәk sәviyyәdә olduğu qeyd edilib, bu әlaqәlәrin daha da genişlәndirilmәsi vә möhkәmlәndirilmәsi üçün maraq vә imkanların mövcudluğu vurğulanıb. Birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib.

 

Tərəflər Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı danışıqlar prosesi әtrafında fikir mübadilәsi aparıb. Dövlәt başçıları TAP vә TANAP layihәlәrinin hәyata keçirilmәsinin perspektivlәrini müzakirә ediblәr.

Müəllif | Apa.Tv
Apa.tv