Bakıda Ukrayna və Rusiya idmançıları arasında qalmaqal baş verməyib - BƏYANAT

Ukrayna Milli Olimpiya Komitəsi bəyanat yayıb.

 

Apasport.az saytının xəbərinə görə, bəyanatda Bakı-2015 I Avropa Oyunlarının Atletlər Kəndində ukraynalı idmançılarla Rusiya yığmasının üzvləri arasında hər hansı qalmaqalın baş vermədiyi bildirilir.

 

Qeyd olunur ki, Avropa Oyunlarında iştirak edən Ukrayna yığmasının heç bir üzvü insidentdə iştirak etməyib: “Bakıda keçirilən I Avropa Oyunlarında çıxış edən Ukrayna millisinin qərargahı bəyan edir ki, ukraynalı idmançıların davada iştirakı ilə bağlı Azərbaycanın elektron nəşri “haqqın.az”da peyda olan, sonradan Ukrayna və xarici KİV-lərdə dərc edilən xəbər həqiqəti əks etdirmir. Avropa Oyunlarının Təşkilat Komitəsi, Ukraynanın Azərbaycandakı səfirliyi, Azərbaycanın səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən belə münaqişə ilə bağlı heç bir fakt qeydə alınmayıb”.

 

Müəllif | Apa.Tv
Apa.tv