Su polosunda günün son qalibləri - Yunanıstan, İspaniya, Rusiya, İtaliya...
I Avropa Oyunları çərçivəsində qadınlar arasında su polosu yarışları “A” qrupunda Yunanıstan və Böyük Britaniya yığmalarının oyunu ilə davam etdirilib.
APA TV-nin məlumatına görə, qızıl medallara əsas namizədlərdən olan Yunanıstan millisi rəqibinə şans verməyib. 20:2 hesabı ilə başa çatan oyunda Milva Kalogerakou 4 xalla fərqlənib.
“B” qrupunda keçirilən oyunlarda isə ilk olaraq İspaniya və Serbiya yığmaları qarşılaşıblar. Oyun ispanların 17:4 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyunlarında Rusiya millisi Slovakiyaya 13:4 hesabı ilə, İtaliya yığması isə Fransaya 22:5 hesabı ilə qalib gəlib.
Su polosu yarışları sabah “C” və “D” qruplarında keçirilən oyunlarla davam etdiriləcək.