Nepalda növbəti təbii fəlakət: 50 ölü

Nepalda növbəti təbii fəlakət baş verib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, ölkənin qərbində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 50 nəfər ölüb, 20 nəfər itkin düşüb.

 

Bundan başqa, onlarla insan yaralanıb, yüzlərlə ev dağılıb.

 

Sürüşmə fasiləsiz yağıntılardan sonra qeydə alınıb. Sutka ərzində əraziyə 13 sm yağıntı düşüb.

 

Qeyd edək ki, aprelin 25-də və mayın 12-də Nepalda iki dağıdıcı zəlzələ baş verib. Zəlzələlər nəticəsində 8 500 nəfər həyatını itirib.

Müəllif | Apa.Tv
Apa.tv