Azad Rəhimov: "Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manat xərclənib"

Birinci Avropa Oyunlarının açılış mərasiminə sərf edilən xərc 100 milyon manatı ötüb.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Avropa Oyunlarının təntənəli açılış mərasiminə hazırlıq və onun həyata keçirilməsinə 100 milyon manatdan bir az çox pul xərclənib: "Müqavilə üzrə vəsaitin bir hissəsi hələ ödənməyib. Yekun rəqəmləri biz yalnız Avropa Oyunları yekunlaşdıqdan sonra söyləyə bilərik”.

 

Nazir həmçinin qeyd edib ki, İlk Avropa Oyunlarının açılış mərasimində Avropa ölkələri liderlərinin iştirak etməməsi barədə sosial şəbəkələrdə hansısa şəxslər tərəfindən verilən məlumatlar düzgün deyil. Çünki mərasimdə Avropa ölkələrinin liderləri çox yüksək səviyyədə təmsil olunub.

 

I Avropa Oyunlarında iştirak üçün Bakıya gələn Ukrayna və Rusiya komandasının üzvləri arasında hər hansı toqquşmanın olması barədə yayılan məlumatları şayiə adlandıran nazir bildirib ki, bu məsələ barədə eşidən kimi araşdırma aparılmasına başlanıb: "Biz sonadək araşdırma apardıq. Әvvəl deyildi ki, bu toqquşma kənddə olub. Biz araşdırdıq, aydın oldu ki, orda olmayıb. Sonra dedilər ki, yeməkxananın yanında olub. Bu da düzgün olmadı. Daha sonra deyildi ki, şəhərdə hardasa olub. Amma bu da mümkün deyil. Tam məsuliyyətlə deyirəm ki, bu şayiədir, belə hal olmayıb. Biz istəməzdik ki, belə hal olsun. Rusiya və Ukrayna komandaları da belə halın olmadığını etiraf etdilər".

 

Azad Rəhimov Avropa Oyunlarını izləmək üçün guya bəzi jurnalistlərə akkreditasiya verilməməsi məsələsinə də aydınlıq gətirib. Nair deyib ki, Avropa Oyunları ilә bağlı 5 mindәn artıq jurnalist akkreditasiya üçün müraciәt edib: "Hökumәt isә hәr hansı jurnalistin gәlişini müxtәlif әsaslarla ya tәsdiq, ya da imtina edә bilәr. Bu, ölkәnin daxili qaydasıdır. Tutaq ki, Azәrbaycanın icazәsi olmadan Dağlıq Qarabağa daxil olan jurnalistin ölkәyә gәlmәsi qadağandır. Münaqişә hәll olduqdan sonra bu qadağa olmayacaq. Biz hökumәtin qәrarından sonra akkreditasiyanı veririk".

 

Nazir mediada açılış mәrasimindә milli elementlәrin çox olması mәsәlәsinə də münasibәt bildirərək deyib ki, əslindә bu, ev sahibliyi edәn tәrәfdәn asılıdır. Mәrasimdә Avropa bәstәkarlarının da musiqilәri sәslәnib, digәr elementlәr dә olub. Bu, Avropa-Azәrbaycan әlaqәlәrinin göstәricisidir. Amma Azərbaycan bu şansdan istifadә edib mәdәniyyәtini bir daha göstәrmәyә çalışdı. Hər şey balanslı idi.

 

Müəllif | Apa.Tv