Karateçimiz Firdovsi Fərzəliyev finalda!

Bakı-2015 Avropa Oyunlarında karate üzrə kişilər arasında 60 kiloqram çəkidə mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev finala vəsiqə qazanıb. “Kristal Hall”da keçirilən yarımfinal görüşündə Firdovsi Fərzəliyevin rəqibi “B” qrupunun ikincisi moldovalı Emin Pavlov olub. İdmançımız son saniyələrə kimi 2:4 hesabı ilə geridə olsa da, oyunun bitməsinə bir neçə saniyə qalmış dəqiq zərbə endirərək hesabda irəli çıxıb. Bununla da Firdovsi Fərzəliyev qızıl medal uğrunda mübarizə aparmaq şansı qazanıb.

 

Yığmamızın üzvü İlahə Qasımova isə finala vəsiqə qazana bilməyib. Yarımfinalda fransalı Emilya Tuoyla qarşılaşan İlahə Qasımova 6:1 hesabı ilə məğlub olub. Bununla belə idmançımız bürünc medal qazanmaq şansını saxlayır. Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv