Bakıda Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirildi

Bakıda Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilib.

 

APA TV-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş qapalı keçib.

 

Prezidentlər Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşüblər və öz ölkələrinin, eləcə də Azərbaycanın idmançılarına uğurlar arzulayıblar.

 

Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Mövlud Çavişoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldız, Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov, mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, "Rosatom"un rəhbəri Sergey Kirienko və "Qazprom"un prezidenti Aleksey Miller iştirak ediblər.

Müəllif | Apa.Tv
Apa.tv