İlk qızıl medal Firdovsi Fərzəliyevdən!
Azərbaycan yığması Avropa Oyunlarında ilk qızıl medalını qazanıb.
APA TV-nin xəbərinə görə, qızıl medalı aktivimizə karate yığmamızın üzvü, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Firdovsi Fərzəliyev yazdırıb.
İdmançımız “A” qrupunda keçirilən görüşlərdə məğlub etdiyi italyan Luka Mareskaya final görüşündə də fürsət tanımayıb. Qrup döyüşündə rəqibini 4:2 məğlub edən Firdovsi Fərzəliyev finalda Luka Mareskadan 4:0 hesabı ilə üstün olub. Bununla da Azərbaycan komandası ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, bundan əvvəl 55 kiloqram çəki dərəcəsində idmançımız İlahə Qasımova bürünc medal qazanmışdı.