Samuxda qadını ilan sancdı
Samux rayonunda 33 yaşlı qadını ilan sancıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Burun Qovaq kənd sakini, 1982-ci il təvəllüdlü Sevda Mirəliyeva yaşadığı evin həyətində gəzərkən ilan onu ayağından sancıb.
Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, son bir ayda Samuxda bir neçə nəfəri ilan sancıb.