Elman Muxtarov erməni rəqibini darmadağın edərək bürünc medal qazandı

APA TV-nin xəbərinə görə, o, üçüncü yer uğrunda görüşdə Ermənistan yığmasının təcrübəli üzvü Roman Amoyanı məğlub edib. 20 yaşlı Muxtarov erməni idmançıdan hər mənada üstün olaraq 9:1 hesabı ilə qalib gəlib.

 

Qələbənin daha bir mahiyyəti görüşün revanş xarakteri daşımasındadır. Elman Muxtarov bundan əvvəl finala çıxmaq uğrunda mübarizədə milliyyətcə erməni olan Rusiya idmançısı Stepan Maryanyana 3:11 hesabı ilə uduzmuşdu.

 

Xatırladaq ki, Elman Muxtarovun şərəfli medalı Azərbaycan güləş yığmasının qazandığı ilk medaldır.

 

Müəllif | Apa.Tv
Apa.tv