Daha bir qızıl medal karateçimiz Rafael Ağayevdən!
Azərbaycanın karate yığması yarışların ilk günündə uğurlu çıxış edib. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın lideri Rafael Ağayev final görüşündə italyan Luici Bucanı minimal hesabla məğlub edərək qızıl medal qazanıb. Bu, karate yığmamızın və Azərbaycan millisinin hesabına yazılan sayca ikinci yüksək əyarlı medaldır. Rafael Ağayev bu medalı sonuncu saniyələrdə rəqibə vurduğu dəqiq zərbə ilə əldə edib.
Yarışlar başa çatdıqdan sonra qaliblərin təltif olunması mərasimi keçirilib. Rafael Ağayevə qazandığı qızıl medalı Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.