Rafiq Hüseynov gümüş medalla kifayətləndi! 7-ci medal!

Yunan-Roma güləşi üzrə yarışlarda uğurla çıxış edən Azərbaycan yığması hesabına daha bir medal yazdırmağı bacarıb. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rafiq Hüseynov final görüşündə Rusiya təmsilçisi Yevgeni Saleyevlə qarşılaşıb. İlk hissədə tərəflərin heç biri xal qazana bilməyib, ikinci hissədə isə rusiyalı güləşçi parter vəziyyətində fənd işlətməyi bacararaq 2 xal əldə edib. Görüşün sonuna kimi hesab dəyişməyib və Rafiq Hüseynov məğlub olaraq gümüş medalla kifayətlənib.

Müəllif | Apa.Tv