Gümüş medalçı Rafiq Hüseynov: “Hakim məni parter vəziyyətində çox saxladı”

 “Artıq 8 aydan çox idi ki, bu yarışlara hazırlaşırdıq. Zəhmətimiz yerdə qalmadı”. APA TV-nin məlumatına görə, bu fikirləri Yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rafiq Hüseynov deyib. I Avropa Oyunlarında 80 kq çəki dərəcəsində mübarizə aparan Hüseynov qızıl medal uğrunda görüşdə Rusiya təmsilçisi Yevgeni Salayevə məğlub olaraq gümüş medal qazanıb. ”Final görüşünün hakimi məni parter vəziyyətində çox saxladı. Düzdür, bu, çempionluğun yerini vermir. Amma əsas odur ki, medalsız qalmadım. Bu, yaxşı nəticədir. Ümidləri doğrultduğuma inanıram. Buna da şükür olsun. Artıq bir müddət istirahət edəcəm”.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova