Azərbaycan bir günə 2-ci yerə yüksəldi: 7 MEDAL
İyunun 13-də Bakıda I Avropa Oyunları çərçivəsində keçirilən yarışlar Azərbaycan üçün uğurlu olub.
APA TV-nin məlumatına görə, Azərbaycan qazanılan medallara görə, siyahıda İsveçrədən sonra ikinci yerdə qərarlaşıb.
Buna baxmayaraq, Azərbaycan medalların ümumi sayına görə İsveçrəni qabaqlayır. Belə ki, idmançılarımız 7 medal əldə etdiyi halda, isveçrəlilər 6 medal qazanıb. Kişilər arasında olan yarışlarda isə reytinq cədvəlinə Azərbaycan başçılıq edir.
Ümumilikdə isə Avropanın 50 iştirakçı ölkəsindən 17-si medal əldə edə bilib. Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğu barədə məlumat Baku2015.com saytına yerləşdirilib.