Rusiyada təyyarə qəzaya uğradı: 2 ölü
Rusiyanın Yaroslavl ərazisində “Cessna” markalı yüngül motorlu şəxsi təyyarə qəzaya uğrayıb.
APA TV-nin məlumatına görə, qəza nəticəsində iki nəfər həlak olub. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik bilinmir.
Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəbini araşdırır. Bildirilir ki, təyyarənin Purlevo yaşayış massivinə düşməsindən sonra yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub və alovun qarşısı alınıb. Təyyarədə olan iki cəsəd aidiyyəti orqanlara təhvil verilib.