"Neftçi"nin sabiq futbolçusu öldü

Malaziya Super Liqasında ölüm hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, "T-Team" klubunun kapitanı David Oniye “Keltan”la matçda huşunu itirərək yerə yıxılıb.

 

Görüşün 30-cu dəqiqəsində baş verən hadisə zamanı nigeriyalı müdafiəçinin həyatını xilas etmək mümkün olmayıb.

 

30 yaşlı David Oniye 2004/2007-ci illərdə "Neftçi"də oynayıb. O, "ağ-qara" forma ilə keçirdiyi 74 oyunda 2 qol vurub.

 

Müəllif | Apa.Tv