Tiflisdə sel fəlakəti: 10 nəfər ölüb

Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb.

 

APA TV-nin Gürcüstanın "Rustavi-2" telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakət barədə ilk verilən xəbərdə ölənlərin sayının 5 nəfər olduğu bildirilib. Ölü sayının artacağı da istisna deyil.

 

Gürcüstan hökuməti paytaxta dəymiş ziyanı aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir.

 

Qeyd edək ki, təbii fəlakət nəticəsində paytaxt zooparkından heyvanlar qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları heyvanların tapılması istiqamətində tədbirlər görür.

Müəllif | Apa.Tv
Apa.tv