ABŞ polisi basqınçını snayper atəşi ilə öldürdü
ABŞ-nın Dallas şəhərində bir şəxs polis məntəqəsinə silahlı basqın etməyə cəhd edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, o, snayper atəşi ilə öldürülüb.
Silahlı şəxs polisin onu gördüyünü duyub və idarə etdiyi avtomobillə aradan çıxmaq istəyib. Onun avtomobilində partlayıcı qurğular da aşkar edilib. Şəhər polisinin verdiyi məlumata görə, təxminən 50 yaşı olan kişi əvvəlcə ətrafa atəş açmağa başlayıb. Polis məntəqəsinin yerləşdiyi bina da zərər görüb. Daha sonra o, partlayıcı qurğuları ərazidə yerləşən bir neçə binanın yaxınlığında quraşdırmağa cəhd edib.
"Şübhələndiyimiz şəxsin terror aktı törədəcəyi aydın idi. Biz onu əvvəlcə danışıqlara dəvət etdik, lakin o, buna əhəmiyyət vermədi. Ətrafdakı insanların təhlükəsizliyi baxımından onu snayper atəşi ilə məhv etmək qərarını verdik" - deyə Dallas şəhər Polis İdarəsinin rəisi bildirib.