Həsən Əliyev yarımfinala vəsiqə qazandı

Azərbaycanın Yunan-Roma güləş yığması bu gün də Avropa Oyunlarında uğurlu çıxışını davam etdirir.

 

APA TV-nin xəbərinə görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Həsən Əliyev yarımfinala vəsiqəni təmin etməyi bacarıb.

 

25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşən Həsən Əliyev bu dəfə asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb və yarımfinalda çıxış etmək hüququ qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv