İqor Popov: "Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayırlar"

Bu ayın sonu - gələn ayın əvvəli ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri planlaşdırılıb.

 

APA TV-nin məlumatına görə, bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

 

İqor Popov səfər zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və dövlət başçıları ilə görüşəcəklərini deyib. O qeyd edib ki, bu görüşlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyır.

 

Prezidentlərin bundan əvvəl görüşlə bağlı iradə ortaya qoyduqlarını xatırladan İqor Popov dövlət başçılarının nəzərdə tutulan görüşünün vaxtını açıqlamayıb.

 

Müəllif | Apa.Tv