Hacıqabulda zəncirvari qəza: bir ölü

Bu gün saat 10.15 radələrində Hacıqabul-Şirvan magistralında 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, qəza zamanı "VAZ-21015", Toyota Prado", "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

 

Qəza nəticəsində "VAZ-21015"in sürücüsü, Hacıqabul rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Əsgər oğlu Əkbərov aldığı xəsarətlərdən dünyasını dəyişib. Həmin avtomobildə olan sürücünün qardaşı oğlu, 2003-cü il təvəllüdlü Əkbərov Baloğlan Yaşar oğlu kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv