ABŞ Rusiya sərhədlərinə qoşun yığmağa başlayır

Pentaqon Şərqi Avropa və Baltikyanı ölkələrin Rusiya ilə sərhədlərinə hərbi qüvvələr yığmaq niyyətindədir.

 

APA TV-nin xəbərinə görə, bu barədə "The New York Times" yüksək mənbələrə istinadən məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Amerika tərəfi bu addımı regionda Rusiyanın son vaxtlar həyata keçirdiyi aqressiv siyasətə qarşı atdığını açıqlayıb. Bu qərarı ABŞ-ın müdafiə naziri Eşton Karter təsdiqləməlidir. Ağ Evin məsələyə müsbət yanaşdığı deyilir. Pentaqon həmin ərazilərə tank birlikləri, hərbi maşınlar və quru qoşunlarının müəyyən kontingentini göndərməyi planlaşdırır. Həmin hərbi qüvvələr əsasən Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstana göndəriləcək.

Müəllif | Apa.Tv
Apa.tv