Daha bir karateçimiz qızıl medal qazandı
Bakıda keçirilən Avropa Oyunlarında karatenin kumite növü üzrə yarışlarda daha bir Azərbaycan karateçisi yarımfinala yüksəlib.
APA TV-nin xəbərinə görə, yığmamızın 68 kq çəki dərəcəsində mübarizə aparan milliləşdirilmiş karateçisi İrina Zaretska yarışa qələbə ilə başlayıb.
19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.
Bu qələbə İrinanı yarımfinala yüksəldib. O, digər qrupun lideri Marina Rakoviçlə (Monteneqro) döyüşüb və uğurlu seriyanı davam etdirib - 1:0. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. İrina rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cü medalı qazandırıb.