Azərbaycan karateçisi Ayxan Mamayev qızıl medal qazandı

Bakıda keçirilən Avropa Oyunlarında karatenin kumite növü üzrə yarışlarda daha bir Azərbaycan karateçisi qızıl medala sahib olub.

 

APA TV-nin xəbərinə görə, kişilərin mübarizəsində 84 kq çəkidə mübarizə aparan Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

 

Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.

 

Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb. Mamayev həlledici görüşdə yunanıstanlı Mixail Geordios Tzanosu məğlub edərək, qızıl medala sahib çıxıb. Düzdür, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Lakin döyüşün 4 yan xətt hakimindən 3-ünün həmyerlimizi güclü sayması, yığmamıza 10-cu medalı qazandırıb.

Müəllif | Apa.Tv
Apa.tv