Avropa Oyunları: Azərbaycan medalların sayına görə birinci yerdədir

Azərbaycan millisi Bakı-2015 I Avropa Oyunlarının qeyri-rəsmi komanda hesabında liderliyini qoruyur. APA TV-nin məlumatına görə, yarışın 3-cü günündən sonra da yığmamız medal sıralamasındakı zirvədə qərarlaşıb.

 

Avropa Oyunlarında medal qazanan 26 ölkə arasında ən çox mükafatı Azərbaycan əldə edib. Millimizin hesabında 6 qızıl, 2 gümüş və 5 bürünc medal var.

 

Siyahıda 2-ci pillədə Rusiya qərarlaşıb. Türkiyə millisi ilk “üçlüyü” qapayır. Sonuncular medalların ümumi sayında 2-cidir.

 

Azərbaycan idmançıları ümumilikdə 13 mükafat qazanıbsa, türkiyəlilərin hesabında 12 medal var. Rusiya və Fransa idmançıları isə hərəyə 7 dəfə fəxri kürsüyə qalxıblar.

 

Kişi idmançıların qazandığı medalların sayına görə də Azərbaycan birincidir. Sonrakı yerlərdə Rusiya və Türkiyə atletləri gəlir.

 

Qadın medalçıların sayında isə birincilik Fransa millisindədir. Fransalı idmançılar dörd dəfə fəxri kürsüyə qalxıblar. Sonrakı yerləri İsveçrə və Türkiyə milliləri tutur. Azərbaycan bu sıralamada beşinci sıradadır. Qadın idmançılarımız indiyədək 1 qızıl və 1 bürünc medal qazanıblar. 

Müəllif | Apa.Tv
Apa.tv