Siyəzəndə qəza: sürücü öldü iki sərnişin yaralandı
Ötən gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 60 yaşlı Cavadov Nazim Adil oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alanlar Bakı şəhər sakinləri, 57 yaşlı Aleksandr Kostin və 57 yaşlı Lyubov Yakalinadır. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.